reklam
Millimizin rəqibləri müəyyənləşdi -
Sportfm.az xəbər saytı

Millimizin rəqibləri müəyyənləşdi -Dünya çempionatı


Futzal üzrə DÇ-2024-ün Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan millisinin də rəqiblərinin adına aydınlıq gəlib Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda 6-cı qrupda yer alıb. Millimiz Polşa və Yunanıstanla mübarizə aparacaq.

Seçmə mərhələnin matçları bu il 12-21 sentyabr, 3-12 oktyabr, 6-9 noyabr və 2023-cü il 27 fevral–8 mart tarixlərində oynanılacaq.

Qeyd edək ki, əsas mərhələdə yarışacaq 36 komanda hər birində 3 iştirakçı olmaq 12 qrupda mübarizə aparacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibləri və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra - 10 - 19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

Oxşar xəbərlər

İlkin mərhələyə yekun vuruldu - DÇ-2024
Futzal yığmamız üçün gözəl şans - DÇ-2024
Millimizin rəqibləri müəyyənləşir
UEFA Avropa çempionatının yeni təqvimini açıqladı
Millimizin rəqibləri müəyyənləşdi - Slovakiya yenə bizimlə eyni qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər