Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
0:7 uduzan futbolçudan Ronaldinyo çıxmaz və ya "Qəbələ"nin havaya sovurduğu milyonlar -PROBLEM
10 ildir xƏrclƏnƏn milyonlar hara gedib?
Bu yaxınlarda "Qəbələ"nin U-19 komandası gənclər arasında keçirilən Çemionlar Liqasının ilkin təsnifat mərhələsində mübarizə apardı və elə ilk mərhələdəcə mübarizəni dayandırdı. Təmsilçimiz Moskva "Dinamo"sunun U-19 komandasına uduzdu. Qəbələdəki ilk oyundan sonra mübarizənin taleyini həll olunmuş saymaq olardı. Çünki rusların 2:0 hesablı qələbəsindən sonra komandamızın cavab oyununda mərhələ adlamaq üçün nəsə edəcəyi inandırıcı deyildi. Proqnozlar özünü doğrultdu. "Qəbələ"nin gənc komandası səfərdə daha biabırçı hesabla məğlub oldu.
"Rəvan” qədər deyillər
İlk baxışda çoxları bu məsələnin o qədər də qabartmadı. Görünür, gənclərin oyunu olduğu üçün acı məğlubiyyət diqqət mərkəzindən kənarda qaldı. Lakin düşünürük ki, bu məğlubiyyətin üstündən elə-belə keçmək olmaz. Birincisi, "Qəbələ" sıradan klub deyil. Hazırda həm büdcəsinə, həm heyətinə, həm də iddiasına görə ölkənin 2 ən güclü futbol klubundan biridir. İkincisi, bu klubun rəhbərliyi futbola, infrastruktura neçə illərdi külli miqdarda vəsait yatırıb, Qəbələdə baza, akademiya tikdirib. "Bakı" klubu ilə bərabər uşaq futboluna ən çox maliyyə yatıran klub olub. Artıq, neçə ildir ki, bu iş davam edir. Bu qədər əziyyətin, xərclənən milyonların qarşılığı 0:7 olmalı deyildi.
Klub rəhbərliyi bu sahədə fəaliyyətə başlaynda, "Qəbələ"nin şərəfini qoruyan 18-19 yaşlı futbollçuların 11-12 yaşları var idi. Onlar bu 6-7 ildə ən yüksək şəraitlə təmin olunublar. Akademiya yeni-yeni qurulan vaxtlarda "Qəbələ"nin uşaq komandaları ölkə xaricindəki beynəlxalq turnirlərdə böyük hesabla uduzanda bunu normal qəbul edirdik ki, iş yeni başlayıb, bizim əcnəbilərlə ayaqlaşmağımız üçün zaman lazımdır. Aradan 6-7 il keçib və həmin vaxt 11-12 yaşında olan uşaqların indi 18-19 yaşı var. Bu futbolçular indiki halda azından "Dinamo" kimi komandaları məğlub etməlidir. Nəzərə alaq ki, "Dinamo" "Ayaks" və ya "Barselona" səviyyəsində deyil. Üstəlik, Moskva klubu son illər heç də yaxşı günlərini yaşamır və hazırda Rusiya çemionatının I dəstəsində çıxış edir. "Qəbələ"nin gənc futbolçularının belə bir komandaya hər iki oyunda uduzması, qapısından 7 top buraxması və 1 top belə vura bilməməsi əsl biabırçılıqdır.
Maraq üçün deyək ki, keçən il analoji yarışda Azərbaycanı təmsil edən "Rəvan" bu cür biabırçı çıxış etməmişdi. Düzdür, "sarı-qaralar" ilk oyunda səfərdə Moskva "Spartak"ına 0:4 hesabı ilə məğlub olmuşdular. Amma evdə ən azından rəqibə layiqli müqavimət göstərib 0:0 oynamağı bacarmışdılar. Həm də nəzərə alaq ki, "Spartak" "Dinamo"dan daha güclü komandadır. Eyni zamanda "Rəvan"ı da "Qəbələ" ilə müqayisə etmək ayıb olar. "Rəvan" həvəskar şəkildə fəaliyyət göstərən komandadır. Moskvaya da hansı biabırçılıqla getdiklərini xatırlayanlar çoxdur. Amma həmin "Rəvan" "Qəbələ" qədər aciz görünmədi.
Ciddi tədbirlər görülməlidir
Fikrimizcə, bu biabırçılıqdan sonra klub rəhbərliyi akademiyanın fəaliyyətini ciddi araşdırmalıdır. Ümumiyyətlə, "Qəbələ" Futbol Akademiyasındakı özbaşınalıq, nizam-intizamın aşağı səviyyədə olması haqda zaman-zaman mətbuatda tənqidi yazılar gedir. "Qəbələ"nin U-19 komandasının "Dinamo"ya biabırçı məğlubiyyəti də bir növ akademiyanın işində ciddi nöqsanların və problemlərin olduğunu göstərir.
Akademiya rəhbərliyi mənfi hallara son qoymalıdır. Nəzarət birbaşa klub rəhbərliyi tərəfindən aparılmalıdır. Əgər lazımdırsa, dəyişikliklərə də getmək lazımdır. Hansısa məşqçi işini görməyi bacarmırsa getməli, yerini daha güclüyə, daha bacarıqlıya verməlidir. Sonra da Roman Qriqorçuku qınayacağıq ki, niyə yerli futbolçuları oynatmır. "Dinamo"dan 7 qol yeyən komandanın üzvünü hansı məntiqlə əsas komandaya cəlb edəsən?
Milyonlarla pulu havaya sovurmaq olmaz. İllərdir ki, akademiyaya vəsait qoyulur, amma hələ də istənilən nəticə yoxdur. Akademiyadan çıxan tək-tük futbolçular digər klublara icarəyə veriləndən sonra öz potensialları açırlar. Daxili çempionatda zəif rəqiblərə 7-8 qol vurmaqla deyil. Kənara çıxanda həmin 7 qolu özümüzə vururlar.
"Qəbələ" rəhbərliyi Ronaldinyonu Bakıya gətirir. İddia olunur ki, hətta bunun üçün braziliyalıya 2 milyon dollar ödənilib. Bizə nə Ronaldinyo lazımdır, nə də ona 2 milyon vermək. Bizə öz ronaldinyolarımızı yetişdirmək lazımdır. 0:7 uduzan futbolçudan isə Ronaldinyo çıxmaz.
"Het-trik news" qəzeti
Oxşar xəbərlər
"Qəbələ" "Dinamo"ya məğlub oldu - YENİLƏNİB
"Dinamo" "Qəbələ"dən intiqam almağı düşünür
"Hər qarşılaşmaya qol vurmaq üçün çıxıram"
Ölkəmizin hansı bölgəsində futbol yox olmaq üzrədir? - PROBLEM
Robert Prosineçki: "Qəbələ"dən ehtiyatlanmaq lazımdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası