reklam
Güləş yığmamız Türkiyədə qızıl medal -
Sportfm.az xəbər saytı

Güləş yığmamız Türkiyədə qızıl medal -FOTO


Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə bu gün yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Sportfm.az saytına verilən məlumata görə, sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yığmamız 99 xalla komanda hesabında 2-ci yeri tutub. Türkiyə 1-ci, Bolqarıstan isə 3-cü olub.

Sərbəst güləşdə Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq), Camaləddin Məhəmmədov (125 kq) qızıl, İntiqam Vəlizadə (61 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Şamil Zubairov (92 kq) isə bürünc medala sahib olub. Beləliklə, ümumilikdə 4 qızıl, 1 gümüş və 6 bürünc medal əldə edən millimiz komanda hesabında 180 xalla 1-ci yeri tutub. Türkiyə 2-ci, Gürcüstan isə 3-cü olub.

Qeyd edək ki, memorialda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyub. 

Oxşar xəbərlər

Güləşçilərimizdən “Çempionlar” turnirində 24 medal
İstanbuldan Bakıya 2 qızıl medal gətirilir
Toğrul Əsgərov yenidən yığmada
Türkiyədə çıxış edəcək güləşçilərimiz məlum oldu - SİYAHI
Yığmamız Türkiyədə üçüncü oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər