reklam
70-ci dünya çempionatının yeni loqosu -
Sportfm.az xəbər saytı

70-ci dünya çempionatının yeni loqosu -FOTO


"Formula 1" dünya çempionatının 70 illiyi münasibətilə xüsusi loqotip hazırlayıb.

Sportfm.az xəbər verir ki, yubiley loqotipi Yeni il gecəsində təqdim olunub. Təşkilatçılar seriyanın rəsmi emblemini müasirləşdirərək, 70 rəqəmini əlavə ediblər.

Əsas loqotipdəki kimi qırmızı rəngə boyanan rəqəm yarış trası sahəsini xatırladır. Televiziya yayımçılarına "70"i öz firma rənglərinə boyamaq hüququ verilib.

Yanvarın 6-dan loqotip "Formula 1"in bütün rəqəmsal platformalarında istifadə olunacaq. Təşkilatçılar xüsusi loqotipi "Formula 1"in yubileyinin qeyd olunması istiqamətində ilk addım kimi dəyərləndiriblər. Tədbirlər ilboyu davam edəcək.

Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran-prisi 5-7 iyunda keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan qran-prisi canlı yayımlanacaq! - Formula 1
Daha 5 il "Formula 1" yarışı keçiriləcək - İspaniyada
Təqvimə daha bir Qran-pri əlavə olundu - Formula 1
Qran-pri üçün xüsusi bilet hazırlanacaq
Formula-1 yarışlarının yeni rəsmi loqotipi təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər