İrqçiliyə qarşı meymundan istifadə etdilər -FOTO
İtaliya Futbol Federasiyasının irqçiliyə qarşı mübarizə üçün başlatdığı kampaniyada meymun şəkillərindən istifadə etməsi narazılığa səbəb olub.
Sportfm.az xəbər verir ki, rəssam Simone Fuqazzottenin hazırladığı və üç meymun şəklindən istifadə olunduğu "İrçiliyə yox" adlı posterlər A seriyasının matçlarının oynanıldığı stadionlara asılıb. Rəssam bu şəkillə məqsədinin insanlarla meymun arasında bir fərq olmadığını göstərmək olduğu bildirib: "Hamımız meymundan yaranmışıq. Əslində burada demək istədiyim insanların bərabər olmasıdır".
Ancaq bu, A seriyası klubları tərəfindən müsbət qarşılanmayıb. Onlar irqçiliyə qarşı mübarizədə meymun şəklindən istifadəni düzgün hesab etməyiblər.
"Milan" klubu bununla bağlı yaydığı açıqlamada bildirib: "Sənət güclü ola bilər, ancaq irqçiliyə qarşı mübarizədə meymun şəkillərindən istifadəyə qarşı çıxırıq. Bu məsələdə bizimlə niyə danışılmadığına təəccüblənirik".
"Roma" da bu kampaniyaya eyni münasibət göstərib: "Bu şəkilləri görəndə təəccübləndik. İrqçiliklə bu cür mübarizə aparılacağını inanmırıq".
Oxşar xəbərlər
İtaliya klubu yenilik etdi - FOTO
Rəqibinə "meymun" dedi, intizam işi açıldı
Qadın futbolçu irqçi təzyiqlərə məruz qaldı
UEFA İtaliya klubunu cəzalandıra bilər
Amil Yunanov irqçiliyə qarşı mübarizə məlumatlarını dinlədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası