reklam
Qadın futbolçu irqçi təzyiqlərə məruz qaldı
Sportfm.az xəbər saytı

Qadın futbolçu irqçi təzyiqlərə məruz qaldı


İngiltərənin "Tottenhem" klubunun qadın futbolçusu Reni Hektor irqçiliyə məruz qalıb.

Sportfm.az xəbər verir ki, bu barədə 24 yaşlı müdafiəçi sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib.  

O, qadınlar arasında Federasiyası Kubokunda "Şeffild Yunayted"lə qarşılaşmada irqçi təzyiqlə üzləşdiyini bildirib. Hektor rəqib oyunçunun ona qarşı meymun səslərini çıxartdığını vurğulayıb: "Cavabı futbola buraxdım və qələbə qazandığımız üçün xoşbəxtəm".

İngiltərə Futbol Assossiasiyası məsələ ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, "Tottenhem" 2:1 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib. 

Oxşar xəbərlər

"Real"ın futbolçusuna irqçi ifadələr səsləndirdilər
İrqçiliyə görə 8 azarkeşi həbs edildi - Londonda
"Arsenal" və MY yarımfinalda
Türk futbolçu Çini ayağa qaldırdı - London klubunun oyunları yayımlanmayacaq
Daha bir futbolçu irqçi təzyiqlərə məruz qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər