Tovuzda danışılmış oyunlarla bağlı iclas baş tutdu
AFFA İntizam Komitəsi I Divizion təmsilçisi “Turan Tovuz”un 7 oyunçusunu futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoymuşdu.
Sportfm.az xəbər verir ki, Tovuz təmsilçisində iclas keçirilib. 2 saatdan çox davam edən iclasda “Turan Tovuz” İB-nin Müşahidə Şurasının sədri Oqtay Abdullayev, icraçı direktor Nadir Nəbiyev, Müşahidə Şurasının üzvü Rəşid Məhərrəmov, Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, məşqçi, futbolçu və işçi heyəti və fəal azarkeşlər iştirak edib. Toplantıda “danışılmış oyunlar”ın zərərindən geniş söhbət açılıb. Azərbaycan futbolunda xüsusi yerə malik olan Tovuz futbolunda belə neqativ halın yaşanmasının yolverilməz olduğu, bu “virus”un təmizlənməsi üçün birlikdə mübarizə aparmalı olması xüsusi vurğulanıb.
Qeyd edilib ki, klub dəfələrlə AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyaya rəsmi olaraq müraciət edərək, belə neqativ halların üstünün açılmasında köməklik göstərmələrini xahiş edib:
“Turan Tovuz” olaraq ölkə futbolumuzdan bu “virus”un təmizlənməsi üçün istər AFFA, istərsə də təhlükəsizlik orqanları ilə birlikdə mübarizə aparacağımızı bildirir, bu kimi neqativ hala əl atanların əməllərini qətiyyətlə pisləyir və lənətləyirik. Ümid edirik ki, bu mübarizə davamlı olacaq və futbolumuza daha çox ziyan vurmadan bu çirkin əməllə məşğul olanların hamısı layiqli cəzalarını alacaqlar!"
Oxşar xəbərlər
"Turan Tovuz"a danışılmış oyunlarla bağlı seminar keçirildi - FOTO
Tovuzda danışılmış oyunlarla bağlı seminar keçirildi
ŞOK - AFFA 25 nəfəri futboldan uzaqlaşdırdı
“Sumqayıt”ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirildi
AFFA bəyənat yaydı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu















Misli Premyer Liqası