Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
300-dən çox gimnast Bakıya gələcək
Gələn il martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.
Sportfm.az xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak etmək istəyən ölkələrin sayı 48-dir. Yarışda ümumilikdə 321 kişi və qadın idman gimnastının mübarizə aparacağı gözlənilir.
İştirak edəcək gimnastların adları isə yanvarın əvvəllərində açıqlanacaq. Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Oxşar xəbərlər
31 ölkənin idmançıları Bakıya toplaşacaq
Bakıda keçiriləcək dünya kubokuna 200-dən çox idmançı qatılacaq
Bakıda Dünya Kuboku keçirilir - FOTO
Azərbaycan daha bir dünya kubokuna ev sahibliyi edəcək
AGF ilin ilk dünya kubokuna hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası