Azərbaycan daha bir dünya kubokuna ev sahibliyi edəcək
Azərbaycan Gimnastika Federasiyası martın 14-17-də kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarına ev sahibliyi edəcək.
Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına getmək istəyən idmançılar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 42 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Çox sayda Olimpiya mükafatçıları, dünya və Avropa çempionatı medalçılarının qatılacağı turnirin adlar ilə olan siyahısı isə fevralın ortalarında açıqlanacaq.
Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Oxşar xəbərlər
31 ölkənin idmançıları Bakıya toplaşacaq
300-dən çox gimnast Bakıya gələcək
Bakıda Dünya Kuboku keçirilir - FOTO
AGF ilin ilk dünya kubokuna hazırlaşır
Bakıda Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Kəpəz” növbəti mərhələdə - Azərbaycan kuboku
-
"Şəfa"dan 9 qol, "Şahdağ Qusar"dan inmalı qələbə - Azərbaycan Kuboku
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
Təmsilçimiz Çempionlar Liqasında məğlub oldu
-
“Dinamo” “Qarabağ”a qalib gəldi - Gənclər Liqası
-
Boksçularımız Avropa çempionatlarında 25 medal qazandı














Misli Premyer Liqası