Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Borussiya" və "Sevilya" 1/8 finalda, "Real"dan xal itkisi
Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub. Sportfm.az-ın məlumatına görə, ikinci oyun günündə E, F, G və H qrupunun kollektivləri meydana çıxıblar. Turnirin son qalibi "Real” səfərdə "Legiya”nın qonağı olub. Oyun 3:3 hesabı ilə başa çatıb. Dortmund "Borussiya”sı öz meydanında "Sportinq”ə qalib gələrək (1:0) 1/8 finala vəsiqəni təmin edib. Öz meydanında Zaqreb "Dinamo"sunu məğlub edən (4:0) "Sevilya" da pley-off-a vəsiqəni qazanıb. İngiltərə çempionu "Lester” "Kopenhagen”in qonağı olub. Oyunda qapılara qol vurulmayıb. Turnirin favoritlərindən olan "Yuventus” isə səfərdə çətinliklə məğlub etdiyi "Lion”la ev oyununda xal itirib - 1:1.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
2 noyabr
E qrupu
"Monako” (Fransa) - ÇSKA (Moskva, Rusiya) 3:0
Qollar: Cermein, 13, Falkao, 29, 41
"Tottenhem” (İngiltərə) - "Bayer Leverkuzen” (Almaniya) 0:1
Qol: Kampl, 65
F qrupu
"Borussiya” (Dortmund) - "Sportinq” (Portuqaliya) 1:0
Qol: Ramos, 12
"Legiya” (Polşa) - "Real” (Madrid, İspaniya) 3:3
Qollar: Beyl, 1 (0:1), Benzema, 35 (0:2), Odyidya-Ofoe, 40 (1:2), Radoviç, 58 (2:2), Moulin, 83 (3:2), Kovaçiç, 85 (3:3)
G qrupu
"Kopenhagen” (Danimarka) - "Lester” (İngiltərə) 0:0
"Porto” (Portuqaliya) - "Brügge” (Belçika) 1:0
Qol: Silva, 37
H qrupu
"Sevilya” (İspaniya) - "Dinamo” (Zaqreb, Xorvatiya) 4:0
Qollar: Vietto, 31, Eskudero, 67, N Zonzi, 80, Ben Yedder, 87
"Yuventus” (İtaliya) - "Lion” (Fransa) 1:1
Qollar: İquain, 13-pen.(1:0), Tolisso, 85 (1:1)
Oxşar xəbərlər
Çempionlar Liqasında bütün 1/8 finalçılar müəyyənləşdi
Dortmundda 12 qol, "Real" və "Yuventus" qalib gəldi
"Real", "Yuventus" və "Borussiya" qalib gəldi
Dortmundda "sülh", "Yuventus" qalib gəldi
"Real"dan əzmkar qələbə, "Borussiya" və "Mançester Siti"dən darmadağın
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası