Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dortmundda "sülh", "Yuventus" qalib gəldi
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turu start götürüb. Sportfm.az saytının məlumatına görə, ilk oyun günündə "E", "F", "G" və "H" qruplarının görüşləri keçirilib. Günün ən maraqla gözlənilən matçı Dortmundda "Borussiya” ilə Madrid "Real”ı arasında keçirilib. İlk turda qələbə qazanan rəqiblər bu dəfə bərabərliyə razılaşıblar. Bu qrupun digər qarşılaşmasında "Sportinq” "Legiya”nı məğlub edib. "Sevilya” "Lion”u minimal hesabla məğlub etdiyi halda, ”Yuventus” Zaqrebdə "Dinamo”nu darmadağın edib. Son İngiltərə çempionu "Lester” isə "Porto”nu xalsız qoyub.
27 sentyabr
"E" qrupu
"Monako” (Fransa) - "Bayer” (Almaniya) - 1:1
Qollar: Qlik, 90+4 - Çikarito, 73
MOİK (Rusiya) – "Tottenhem” (İngiltərə) - 0:1
Qol: Son Hun Min, 71
"F" qrupu
"Borussiya” (Dortmund, Almaniya) – "Real” (Madrid, İspaniya) - 2:2
Qollar: Obameyanq, 43, Şürrle, 86 - Ronaldo, 17, Varane, 68
"Sportinq” (Portuqaliya) – "Legiya” (Polşa) - 2:0
Qollar: Ruiz, 28, Bas Dost, 37
"G" qrupu
"Kopenhagen” (Danimarka) – "Brügge” (Belçika) - 4:0
Qollar: Densvil, 54 (öz qapısına), Delani, 64, Santander, 69, Yorgensen, 90+2
"Lester” (İngiltərə) – "Porto” (Portuqaliya) - 1:0
Qol: Slimani, 25
"H" qrupu
"Sevilya” (İspaniya) – "Lion” (Fransa) - 1:0
Qol: Ben Yedder, 53
"Dinamo” (Xorvatiya) – "Yuventus” (İtaliya) - 0:4
Qollar: Pyaniç, 24, İquayn, 31, Dibala, 57, Semper, 85 (öz qapısına)
Oxşar xəbərlər
Çempionlar Liqasında bütün 1/8 finalçılar müəyyənləşdi
Dortmundda 12 qol, "Real" və "Yuventus" qalib gəldi
"Borussiya" və "Sevilya" 1/8 finalda, "Real"dan xal itkisi
"Real", "Yuventus" və "Borussiya" qalib gəldi
"Real"dan əzmkar qələbə, "Borussiya" və "Mançester Siti"dən darmadağın
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası