İdmançı qız necə ən gözəl oldu? -həyat hekayəsi
Alina Voronkova keçən il Finlandiya gözəli seçilib. Ad-soyadı bu gəncin miqrant olduğunu göstərir.
Sportfm.az xəbər verir ki, Rusiyada doğulan Alina Finlandiyanın kiçik Lahti şəhərinə ailəsi ilə lap kiçik olanda köçüb. Uşaq yaşlarından gimnastika ilə məşğul olub və sahədə xeyli uğurlar əldəedib. İdmançı rus qızın qalib elan edildiyi gözəllik yarışmasına 1200 iştirak ərizəsi təqdim olunubmuş. Alina aşkar üstünlüklə birinci yeri tutub.
Voronkova üçün Finlandiya həyatı asan keçməyib. Xüsusilə Pertunmaa kəndində rus qızı bullinqlə(kollektiv tərəfindən təzyiq görmək) üzləşib. Onun başqa millətdən olduğuna görə çox xətrinə dəyirdilər. İstənilən yığıncaqda ortada tək qalırmış. Alina məktəbdə xeyli təzyiqlə qarşılaşdığını bildirir: “Mənə soyadıma görə sataşırdılar”.
Alina bullinqdən 15 yaşında Lahtiyə köçəndə qurtarıb. Burada qaradərili insanlarla, ruslarla tanış olub. Beləcə, həyat qaydasına düşüb. Sonrası da məlumdur. Voronkova Finlandiya gözəli olmağı bacarıb.
İndi Alina Finlandiyanı gəzərək bullinq haqda danışır. Ölkə gözəli vaxtilə yaşadığı Pertunmaaya da gedəcək.

Oxşar xəbərlər
"O, eyvanın qarşısında dayanıb ucadan deyirdi: "Alina, Alina, lütfən, eyvana çıx".
Alina Kabayeva işdən çıxarıldı - Sanksiyalara görə
Alina Kabayeva İsveçrədən deportasiya olunacaq - Putinə görə
“Təhsil” birinci, Alina "ən yaxşı", Ofelya isə bombardir oldu - FOTO
Alina qol vursa da, yığmamız xorvatlara uduzdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası