Yığmamız ilk görüşdə Ukraynaya yenildi
Noyabr 23-də Gürcüstanın Tbilisidə 16 yaşlı voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürüb. Sportfm.az xəbər verir ki, Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak etdiyi yarışda voleybolçularımız A qrupunda mübarizə aparırlar. Emin Əbilovun rəhbərlik etdiyi komanda ilk matçını Ukrayna millisinə qarşı keçirib. Görüş ukraynalıların 3:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. AVRO-2020-yə seçmə statusu da daşıyan yarışda Azərbaycan yığması növbəti oyununu bu gün ev sahibi Gürcüstana qarşı keçirəcək. Qeyd edək ki, Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı U-17-lər arasında 2020-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsi (I raund) statusundadır. Yarışın reqlamentinə əsasən, çempion birbaşa Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. 2020 Avropa Çempionatının II seçmə mərhələsində isə reytinq cədvəlində nəticələri yüksək olan 20 komanda mübarizə aparacaq.
A qrupu: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna.
B qrup: Belarus, Estoniya, Litva, Polşa.
Oyunların nəticələri:
2019-11-23. 15:00. Azərbaycan 0-3 (11-25, 12-25, 11-25) Ukrayna
2019-11-23. 17:30. Gürcüstan 0-3 (06-25, 11-25, 11-25) Rusiya
2019-11-24. 15:00. Gürcüstan 0-3 (06-25, 25-27, 12-25) Latviya
2019-11-24. 17:30. Rusiya 3-0 (25-16, 25-11, 25-12) Ukrayna
Növbəti oyunlar:
2019-11-25 10:00 Latviya - Rusiya
2019-11-25 15:00 Azərbaycan - Gürcüstan
2019-11-26 12:30 Rusiya - Azərbaycan
2019-11-26 17:30 Ukrayna – Latviya
Oxşar xəbərlər
Voleybolçularımız Tiflisdə uğursuzluğa düçar oldu
Voleybolçularımız Ukrayna ilə mübarizə aparacaq
Millimiz Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq
Millimiz Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq
Voleybolçularımız EEVZA çempionatında çıxış edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası