Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elxan Abdullayev “Neftçi”yə gəldiyinə peşmandı
"Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının X turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Sportfm.az-ın futbolinfo.az saytına istinadən məlumatına görə, paytaxt klubunun çalışdırıcısı 1:4 hesabı ilə bitən qarşılaşmanı şərh edib. Abdullayev sözlərinə rəqibi təbrik etməklə başlayıb: "Qəbələ"ni təbrik edirəm. Demək olar ki, bu gün müdafiəsiz oynadıq. Çoxsaylı səhvlərə yol verdik. Çıxış yolumuz qışı səbrsizliklə gözləməkdi.
- Komandanı bu kökdə qəbul etdiyinizə görə, peşmanlıq keçirmirsiniz?
- Əlbəttə, peşmanlıq var. Ancaq başa düşən düşür ki, Elxan Abdullayevlik bir şey yoxdu. Çünki səviyyə fərqi yerlə göy arasındadı.
- 3 mərkəz müdafiəçisindən istifadə etdiniz. Yenə bu taktika özünü doğrultmadı. Yenidən bu sistemdən istifadə edə biləcəksinizmi?
- Sistemin günahı yoxdu. Çünki bu, fərdi ustalığın aşağı olmasından irəli gəlir.
- "Qarabağ"la oyunda daha az qol şansı vermişdiniz. "Qəbələ" daha güclüdü?
- Belə deməzdim. "Qarabağ" daha çox mərkəzdən hücum etməyi sevir. "Qəbələ" isə oyununu cinahlarla qurur. Bu cür oyuna qarşı çıxış etmək bizə daha çətin idi.
- Katalin Tira vurduğu azarkeşlə barışıb. Bu, onun klubdakı taleyinə müsbət təsir göstərə bilərmi?
- O, azarkeşdən yox, bütün Azərbaycan xalqından üzr istəməlidi. Bütün hallarda, sözümün üstündə dayanıram: nə qədər ki, mən burdayam, Tira "Neftçi"də oynamayacaq.
- Elvin Bədəlov yenə ənənəsinə sadiq qaldı: 1 və 3-cü qollar onun hədiyyəsindən vuruldu. Bədəlov neçə səhvə yol verməlidi ki, ehtiyat oyunçular skamyasının əbədi sakininə çevrilsin?
- Rahil Məmmədov da çoxsaylı səhvlərlə yadda qalıb. Bu gün bütün müdafiəçilərimiz səhvlərlə yadda qaldı. Hamısı zəifdi.
Oxşar xəbərlər
Elxan Abdullayev:"Oyun bizim üçün daha rahat keçəcəkdi"
Elxan Abdullayev: "Ona yenə şans verəcəm"
Elxan Abdullayev: “Bu komanda ilə nəsə etmək çox çətindi”
"Neftçi"nin baş məşqçisi: "Sumqayıt"ı mütləq udmalıyıq"
"Qəbələ" "Neftçi"yə futbol dərsi keçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası