reklam
Elxan Abdullayev:
Sportfm.az xəbər saytı

Elxan Abdullayev:"Oyun bizim üçün daha rahat keçəcəkdi"


"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Erkən qol vurmaq istəyirdik. Futbolçulara tapşırmışdım ki, birinci hissədə mütləq qol vurmaq lazımdı. Belə olsaydı, bundan sonra oyun bizim üçün daha rahat keçəcəkdi. Təəssüf ki, şanslardan yararlana bilmədik. Rəqib isə əksinə, əlinə düşən imkanlardan istifadə etdi və qələbə qazandı. "Sumqayıt”ı təbrik edirəm. Hələ ki şanslarımızı itirməmişik, 4-cü yer uğrunda mübarizəni davam etdiririk. Heyətdə zədəlilərimiz var, futbolçu seçimi məhduddu. Bununla belə, çalışacağıq ki, gələcək oyunlarda qələbə qazanaq”.

Oxşar xəbərlər

"Oyun bizim üstünlüyümüz şəraitində keçdi, haqlı qələbə qazandıq" - Mübariz Orucov
"Heç-heçə ədalətli nəticə idi” – Şahin Diniyev
Ayxan Abbasov dərsdən danışır
Elxan Abdullayev “Neftçi”yə gəldiyinə peşmandı
"Neftçi"nin baş məşqçisi: "Sumqayıt"ı mütləq udmalıyıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər