reklam
Elxan Abdullayev:
Sportfm.az xəbər saytı

Elxan Abdullayev: "Ona yenə şans verəcəm"


Topaz Premyer Liqasının 17-ci turunun son oyununda səfərdə "İnter"i məğlub edən "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev matçsonrası mətbuat konfransı keçirib. Sportfm.az xəbər verir ki, mütəxəssis "Sumqayıt"dan aldıqları məğlubiyyətlərin əvəzini çıxmağa çalışacaqlarını bildirdi.

- Komandamı təbrik edirəm. Üç xala böyük ehtiyacımız var idi. Qış fasiləsindən sonra qələbəmiz yox idi. Bu səbəbdən də qələbə bizi sevindirir. İlk yarıda ardıcıl 2 qol vurduqdan sonra bir qədər rahatlaşdıq. Ancaq ikinci hissədə oyunu diqtə edən tərəf biz olduq. Sevindiricidi ki, yeni hücumçularımız fərqləndi.

- "Neftçi"nin 4-cü pilləyə yüksəlmək şansı nə dərəcədə realdı?
- Hələ mövsümün ilk yarısında qızıla bərabər xallar itirdik. İndi deyə bilmərəm finişə neçənci çatacağıq. Çünki rəqiblərimizin nəticələrindən də çox şey asılıdı. Əsas öz xallarımızı qazanmaqdı.

- Növbəti turda 4-cü pillə uğrunda əsas rəqibiniz "Sumqayıt"la qarşılaşacaqsınız...
- Mövsümün ilk yarısında bu komandaya uduzmuşuq. Çalışacağıq bu dəfə fərqli nəticə göstərək.

- Maksim Vaylonu limitə görə buraxmışdınız. Limit problemini necə həll etməyi düşünürsünüz?
- Hazırda 5 yerli oyunçumuz zədədən əziyyət çəkir. Ancaq Maksimi bir səhvə görə silmək doğru olmaz. Biz ona dəstək olmalıyıq. Ona yenə şans verəcəm.

Mənbə: Futbolinfo.az

Oxşar xəbərlər

Azərbaycan derbisi ilə 103 günlük sükuta son
Elxan Abdullayev:"Azarkeşin 15-16 yaşı var. Onları öyrədən var"
Elxan Abdullayev:"Oyun bizim üçün daha rahat keçəcəkdi"
Elxan Abdullayev: “Bu komanda ilə nəsə etmək çox çətindi”
Elxan Abdullayev “Neftçi”yə gəldiyinə peşmandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər