reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" "Neftçi"yə futbol dərsi keçdi


Bu gün Topaz Premyer Liqasında IV turun daha bir oyunu baş tutub. Sportfm.az saytının məlumatına görə, ikinci oyun da Masazırda keçirilib. Belə ki, "Qəbələ” ilə qarşılaşan "Neftçi” satdionunda həyata keçirilən bərpa işləri ilə əlaqədar "Əlincə Arena”ya sığınıb. Çempionata uğursuz start verən və ilk 3 turda bir qələbə və 2 məğlubiyyət alan "ağ-qaralar” bu dəfə daha ağır zərbəyə məruz qalıb. Əyalət klubu ilə oyunda paytaxt təmsilçisi uzun zaman unuda bilməyəcəyi nəticə ilə ayrılıb. Roman Qriqorçukun komandası rəqibini meydana çıxmağına peşman edib - 8:0. 5-ci dəqiqədə Dabonun hesabı açmasından 10 dəqiqə sonra fərq 3 qol, ilk yarının tamamında isə artıq 5:0 idi. İkinci hissədə daha 3 qol vuran nominal qonaqlar fərqi faciəvi həddə çatıdırıb.
 
Topaz Premyer Liqası
IV tur
10 sentyabr (şənbə)

"Neftçi” – "Qəbələ” - 0:8
Qollar: Dabo, 5, 16, 69, Vernidub, 10, Ozobiç, 29, Ruslan Qurbanov, 45, 82, Stankoviç, 78
 
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev 
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov 
"Əlincə Arena”
 
"Neftçi”: 1.Krşevan Santini,3 Jairo, 4.Rahil Məmmədov, 7.Araz Abdullayev (K), 9.Katalin Tira, 17.Rəhman Hacıyev, 27.Məqsəd İsayev, 30.Dario Melnyak, 80.Edson Kastilyo, 95.Elvin Bədəlov, 99.Denilson.
Ehtiyat oyunçular: 53.Maksim Vaylo, 41.Ömər Buludov, 26.Kamal Qurbanov, 20.Eltun Yaqublu, 19.Fəhmin Muradbəyli, 10. Cavid Imamverdiyev, 5.Anton Krivotsyuk
Məşqçi: Tofiq Mustafayev
 
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 7. Nika Kvekveskiri, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 13. Murad Musayev, 30. Petar Franyiç, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk 

Oxşar xəbərlər

"Neftçi" Roman Qriqorçuku əliboş yola saldı
Liderlər autsayderləri xalsız qoydular
"Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəldi
"Zirə" "Neftçi"yə qalib gəldi
“Qəbələ” - "İnter" matçında "sülh" - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər