Vurma cədvəlini bilməyən Mahir Emreli hansı futbolçunun oyununa heyrandır? - VİDEO
Millimizin və "Qarabağ"ın futbolçusu Mahir Emreli CBC Sport-da "Sport Like" verilişinin qonağı olub.
Sportfm.az xəbər verir ki, hazırda zədəli olduğu üçün yığmadan kənarda qalan hücumçu maraqlı açıqlamalar verib.
İngilis və Rus dillərini bilən forvard Avar dilini yrənmək istədiyini bildirib. Buna səbəb isə nənəsi danışarkən onu başa düşməməsidir. Mahir əslən Zaqatala rayonundandır.
Emreli ilk maaşının 100 dollar olduğunu desə də, hazırkı əməkhaqqını açıqlamaqdan imtina edib. Zlatan İbrahimoviçin oyununa heyran olan futbolçu son olaraq da məhz isveçli hücumçunun həyatından bəhs edən kitabı oxuyub.
Mahir sağ ayağı ilə yaxşı zərbələr vura bilmədiyini də etiraf edib. Bundan başqa, millimizin üzvünün vurma cədvəlini bilməməsi də məlum olub.
Oxşar xəbərlər
Mahir Emreli kubok matçında qol vurdu
Mahir Emreli müqavilə imzalayacaq - 3 illik
Mahir "Qarabağ"ın təklifini qəbul etmədi - 500 mindən imtina etdi
"Emreli Türkiyə, Rusiya, Belçika və ya Portuqaliya klublarına keçməlidir"
Mahir Emreli millinin heyətindən kənarlaşdırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası