reklam
Azərbaycan millisi Andorranı məğlub etdi
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Andorranı məğlub etdi


Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunan görüş yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisi aprelin 14-də də bu rəqiblə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu qrupun digər görüşündə Macarıstan Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma Macarıstan yığmasının 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

18 aprel

17:00. Azərbaycan (Qadınlar) - Andorra (Qadınlar) - 2:0

Qollar: Yeliz Açar, 12, Esra Manya, 65
“Bank Respublika Arena”

17:00. Macarıstan - Şimali Makedoniya - 7:0

Qollar: J.Mayer, 21, 51, M.Paneva, 35-avtoqol, E.Papai, 47, J.Kayan, 68, V.Naci, 85, Ç.Savanya, 90+4-pen.

Oxşar xəbərlər

Millimiz bu gün Andorra ilə qarşılaşacaq
Millimiz dünya çempionatının seçmə mərhələsində qələbə qazandı
Yığmamız seçmə mərhələdə ilk oyununu keçirdi
Azərbaycan millisindən ağır məğlubiyyət
Azərbaycan 0:5 Macarıstan - Növbəti biabırçılıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər