Mahir Emreli müqavilə imzalayacaq -3 illik
Polşanın "Legiya" klubuna keçəcəyi gözlənilən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Varşavaya yola düşüb.
Sportnet.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçunun agenti Tural Əsgərov məlumat verib.
Onun sözlərinə görə, forvard səhər saatlarında Polşaya gedib: "Mahir Emreli tibbi müayinədən keçəcək. Müqavilənin bəzi detalları hələ də müzakirə edilir. Hər şey qaydasında olsa, növbəti həftə rəsmi müqaviləyə imza atacaq".
Sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 3 il olacaq.
Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Forvard Premyer Liqada ötən mövsüm 18 qolla bombardirlik yarışında ikinci olub. (report)
Oxşar xəbərlər
"Legiya"da ilin ən yaxşı legioneri - Mahir Emreli
Mahir Emreli "Qarabağ"dan getdi - Paylaşım etdi
Mahir Emreli tibbi müayinədən keçdi - “Legiya”da
Mahir Emreli axır ki, gedir - Açıqlama
Mahir Emreli "Legiya" ilə anlaşdı - Polşa mətbuatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası