reklam
İrqçilik yenə iş başında -
Sportfm.az xəbər saytı

İrqçilik yenə iş başında -bu dəfə Buxarestdə


AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Rumıniya və İsveç arasında keçirilən matçda qalmaqal yaşanıb.

Sportfm.az xəbər verir ki, Buxarestdə keçirilən görüşdə yerli azarkeşlər İsveç millisinin üzvü Aleksandr İsaka qarşı irqçi şüarlar səsləndirib.  Oyunun baş hakimi matçı yarımçıq dayandırıb. Stadionun diktorunun azarkeşlərə səslənməsindən sonra fanatlar təhqirlərdən əl çəkiblər. Qarşılaşmadan sonra İsak hakimin oyunu yarımçıq dayandırmağa hazır olduğunu bildirib. Amma futbolçu şəxsən özü hakimdən xahiş edib ki, görüşü dayandırmasın. Nəticədə İsveç rumınlara 2:0 hesabı qalib gələrək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Oxşar xəbərlər

FİFA AFFA-nı cərimələdi - 10 min manat
İsveç-Ukrayna matçının ən yaxşısı - Aleksandr Zinçenko
Hakim oyunu iki dəfə dayandırmalı oldu
Azarkeşlər hakimi meydandan qovdular - VİDEO
Xorvatiyadan inamlı, İsveçrədən minimal hesablı qələbə - DÇ-2018: Avropa zonasında pley-off mərhələsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər