reklam
Avropa çempionatında uğur qazanan cüdoçularımız Vətənə döndü -
Sportfm.az xəbər saytı

Avropa çempionatında uğur qazanan cüdoçularımız Vətənə döndü -FOTO


Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandasının üzvləri Vətənə dönüb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini ictimaiyyət nümayəndələri, idmançıların valideynləri, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Rusiyada keçirilən Avropa birinciliyi Azərbaycan üçün əlamətdar olub. Belə ki, fərdi yarışlarda Rəşid Məmmədəliyev qızıl, Nurlan Osmanov gümüş medal qazanıb. Avropa birinciliyində azərbaycanlı beynəlxalq dərəcəli hakim Nazim Umbayev qitə çempionatında ədalət təmsilçisi olub. Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması referimizə həvalə edilib.

Oxşar xəbərlər

Cüdo hakimimiz Avropa birinciliyinin görüşlərini idarə etdi
Dünya birinciliyinin qəhrəmanları Vətəndə - FOTO
7 medal qazanıb Vətənə qayıtdılar
Avropa Çempionatının qəhrəmanları vətənə döndü - FOTO
İsraildə uğur qazanan cüdoçularımız vətənə qayıdıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər