Azad Rəhimov Parisdə -FOTO
UNESKO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovla təşkilatın Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşifin görüşü olub.
Sportfm.az xəbər verir ki, Azad Rəhimov Azərbaycanda gənclər və idman sahələrində aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də, uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verib, ölkəmizin bu sahələrdəki öhdəliklərindən söz açıb.
Görüşdə Azərbaycan-UNESKO əməkdaşlığına toxunulub və əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasının oktyabrın 30-da işə başlayacaq iclasının gündəliyində duran məsələlər və Konvensiyanın həyata keçirilməsinə qarşı təhdidlər dl görüş zamanı müzakirə mərkəzində olub. Bununla yanaşı, ölkəmizin Tərəflər Konvensiyası (COP) çərçivəsində fəaliyyəti və həyata keçirilən tədbirlər diqqət də mərkəzində olub.
Sonda Azərbaycanda həyata keçirilən gənclər siyasəti və bu sahədə qəbul olunmuş strateji sənədlərə uyğun əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Oxşar xəbərlər
Azad Rəhimov EOC-un Baş Assambleyasında çıxış etdi - FOTO
Gənclər və İdman naziri Strasburqda işgüzar səfərdədir - FOTO
Azad Rəhimov təklif etdi: ""Persepolis"lə qarşılaşsın..."
Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək
Azad Rəhimov Milli Gənclər Mərkəzində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" üçün 3 güclü potensial rəqib - Çempionlar Liqası
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
Dünya şöhrətli müğənni yarış üçün Bakıya gəlir - FOTO
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir













Misli Premyer Liqası