12-ci Azərbaycan Çempionatının finalı 28 mayda keçiriləcək
Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təşkilatçilıqla Kompyuter oyunları üzrə XII Milli Çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, KATV1 şirkətinin dəstəyi ilə baş tutan turnirdə Tekken 7 (1x1);HearthStone (1x1);PES 2018 (1x1);Counter Strike: Global Offensive(5x5);DOTA 2 (5x5);League of Legends (5x5) oyunları üzrə qaliblər məlum olacaq. Təşkilat Komitəsi XII Milli Çempionat çərçivəsində X Dünya Çempionatı (10th e-Sports World Championship, Kaohsiung 2018) üçün seçmə oyunların keçirilməsi barədə qərar qəbul edib. Qaliblər (yalnız 1-ci yer) X Dünya Çempionatında Azərbaycanı aşağıdakı növlərdə təmsil etmək hüququ qazanacaqlar:
Tekken 7 (1x1);
Counter Strike: Global Offensive (5x5);
League of Legends;
Seçmə oyunların rayon mərhələlərini Gənclər və İdman Nazirliyinin rayon idarələrindən tərəfindən dəstəklənir.
Zonalar üzrə seçmə yarışların tarixini sizə təqdim edirik:
30 aprel - Lənkəran zonası (Astara şəhərində);
02 may - Gəncə-Qazax zonası (Göy-göl şəhərində);
03 may - Aran zonası (Mingəçevir şəhərində);
04 may - Şəki-Zaqatala zonası (Oğuz şəhərində);
05 may - Dağlıq Şirvan zonası (Ucar şəhərində);
11 may - Quba-Xaçmaz zonası (Qusar şəhərində)
12 may - Abşeron zonası (Sumqayıt şəhərində);
13 may - Yuxarı Qarabağ və Kəlbəcər-Laçın zonaları (Bakı şəhərində);
19-20 may - Bakı şəhəri;
Qeyd edək ki, XII Milli Çempionatın Final mərhələsi - Bakı şəhərində, 25-28 may tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi yaradılıb
Bakıda kompüter oyunları üzrə seçmə mərhələ yarışı baş tutdu - FOTO
Kibersport üzrə Milli Çempionat start götürüb
Azərbaycan təmsilçisi Dünya Çempionatında ikinci yeri tutub - FOTO
KATV1 Azərbaycan Kiber İdman Federasiyasının tərəfdaşı oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Rəqiblər hər zaman fərqli olur" - Qurban Qurbanov
-
Mahir Emreli "Rakuv"da qol hesabını açdı - Konfrans Liqası
-
"Zirə" Estoniyadan əliboş qayıdır - Konfrans Liqası
-
"Qarabağ" bolqarıstanlılara qol vura bilmədi - Avropa Liqası
-
“Qarabağ”ın potensial rəqiblərinin oyunlarının nəticələri
-
Elxan Səmədov yenidən PFL prezidenti seçildi















Misli Premyer Liqası