reklam
Oyunçu lazımsız penaltiyə səbəb oldu -
Sportfm.az xəbər saytı

Oyunçu lazımsız penaltiyə səbəb oldu -FOTO


Almaniyanın II Bundesliqasının XI turunun "Bohum"la oyunu zamanı "Holştayn Kil"in futbolçusu Mixael Eberveyn öz komandasının qapısına penaltinin təyin olunmasının lüzumsuz səbəbkarı olub.

Sportfm.az xəbər verir ki, ehtiyat oyunçu kimi qapı xətti arxasında məşq etdiyi vaxt 23 yaşlı yarımmüdafiəçi meydanı tərk edən topa ayağı ilə toxunub.

Baş hakim VAR sisteminə müraciət etdikdə Eberveynin toxunuş edərkən topun hələ xətti tam keçmədiyini aşkarlayıb. O, meydanda "Holşteyn Kil"in formal olaraq, 12 oyunçusunun yer aldığını bildirərək, bunu qaydalara zidd sayıb. Nəticədə baş hakim Eberveynə sarı vərəqə göstərib və penalti təyin edib.

"Bohum" 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Buna baxmayaraq, görüş "Holştayn Kil"in qələbəsi ilə yekunlaşıb - 2:1. 

Qeyd edək ki, Almaniya Futbol İttifaqının qaydalarına əsasən, matç komandanın rəsmi nümayəndəsi - ehtiyat və ya əvəzlənən oyunçunun kənardan matça müdaxiləsi üzündən dayanarsa, qarşılaşma cərimə zərbəsi və ya penailti ilə davam edir. 

Oxşar xəbərlər

20 tur, 19 penalti və 16 qol - STATİSTİKA
Azərbaycan futbolunda yeni qaydalar - SİYAHI
Futbolda maraqlı və dəyişkən qaydalar qüvvəyə minir
Futbol qaydalarına 4 dəyişiklik təklif edildi
Qurban Qurbanovun qərarı Rusiya mətbuatının gündəmində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər