Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lənkəranda "Kəpəz"in futbolçularını döydülər -VİDEO
U-17 liqasında “Xəzər Lənkəran”la “Kəpəz” qarşılaşıb.
Sportfm.az xəbər verir ki, Lənkəranda keçirilmiş oyunda insident yaşanıb. Oyunun gedişində yerli komandanın azarkeşləri meydana yad əşyalar atmaqla yanaşı, qonaq komandanın futbolçuları da söyüblər. Qarşılaşma bitəndən sonra isə məğlub olan yerli komandanın azarkeşləri meydana daxil olaraq "Kəpəz"in futbolçuları vurmağa başlayıblar. Azarkeşlərin meydana daxil olması ilə birlikdə hər iki komandanın futbolçuları davaya qoşulub. Təəssüflər olsun ki, oyun zamanı stadionda polis və təhlükəsizlik xidmətinin əməkdaşları olmadığı üçün futbolçular gec ayrılıb.
Qarşılaşmada “Kəpəz” 2:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
"Qəbələ"nin futbolçuları Gəncədə döyüldü, işə polis qarışdı - ŞOK
“Qəbələ” və “Kəpəz”in 22-ci dueli
“Xəzər Lənkəran” ev oyununu azarkeşsiz keçirməli olacaq - Ağır qərar
Azarkeşlərlə futbolçular arasında dava düşdü - VİDEO
Region Liqasında kütləvi dava - "Şəki" komandasının futbolçusu xəstəxanalıq oldu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası