reklam
Region Liqasında kütləvi dava -
Sportfm.az xəbər saytı

Region Liqasında kütləvi dava - "Şəki" komandasının futbolçusu xəstəxanalıq oldu -VİDEO


Region Liqasının III turu çərçivəsində bu gün keçirilmiş "Kürmük" 0-0 "Şəki" qarşılaşması zamanı kütləvi dava baş verib. Nəticədə 3 futbolçu qırmızı vərəqə alaraq, meydandan qovulub, onlardan biri isə, aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib.  
Sportfm.az xəbər verir ki, "Şəki" komandasının rəsmiləri olayla bağlı aşağıdakı açıqlamanı verib: 
- "Oyunun gedişatı zamanı "Kürmük" komandasının kapitanı 34 yaşlı Ramin Hacıyev dəfələrlə söyüş söyərək, aranı gərginləşdirib. Şəxsinə qarşı da yönəldilən söyüşlərə dözməyən "Şəki" komandasının 8 nömrəli futbolçusu Nəriman İmayətov Ramini vurub. Bundan sonra oyunçular arasında dava düşüb. Bu vaxt şəkililərin 4 No-si Süleyman Məmmədov futbolçuları ayırmağa çalışıb. Nəticədə 3 futbolçu hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub. Bunlar - "Kürmük" komandasının kapitanı Ramin Hacıyev və "Şəki" komandasının futbolçuları - Süleyman Məmmədov və Nəriman İmayətov olub. 
Oyunun final fiti səsləndikdən dərhal sonra meydan sahiblərinin azarkeşləri meydana daxil olaraq, kütləvi davaya səbən olublar. Nəticədə qonaq komandanın bütün futbolçuları və bəzi azarkeşləri fiziki hücümlara məruz qalaraq, döyülüb. Demək olar ki, "Şəki" komandasının bütün futbolçuları xəsarət alıb. Bunlardan biri - Süleyman Məmmədov müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanaya çatdırılıb. Xəstəxanada tibbi yardım göstərilən daha bir nəfər isə, "Şəki" komandasının azarkeşi olub. 
Dava nəticəsində "Şəki" komandasının kapitanı da bel nahiyəsindən zədə alıb və ev şəraitində müalicə olunur.  
Premyer.az

Oxşar xəbərlər

Futbol matçında kütləvi dava - VİDEO
Matçda dava düşdü, 2 futbolçu xəstəxanalıq oldu - FOTO
12 yaşlı futbolçu cəzalandırıldı - Azərbaycanda
Dünya çempionatının seçmə oyununda kütləvi dava - VİDEO
Hakimi döyən Zeynalovun cəzası məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər