reklam
“Xəzər Lənkəran” ev oyununu azarkeşsiz keçirməli olacaq -
Sportfm.az xəbər saytı

“Xəzər Lənkəran” ev oyununu azarkeşsiz keçirməli olacaq -Ağır qərar


AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında yaşanan xoşagəlməz hadisə assosiasiyanın İntizam Komitəsində müzakirə olunub.

Sportfm.az xəbər verir ki, “Xəzər Lənkəran” – “Kəpəz” matçında azarkeşlər meydana daxil olublar.

Lənkəran təmsilçisinin fanatlarının bu hərəkəti ağır cəza ilə nəticələnib. “Xəzər Lənkəran” 1 ev oyununu azarkeşsiz keçirməli olacaq. Fanatların stadiona daxil olmasına qadağa qoyulub.

Oyunun 90+4-cü dəqiqəsində baş verənlər də cəzasız qalmayıb. “Kəpəz”in futbolçusu Cavid Qurbanov və “Xəzər Lənkəran”ın oyunçusu Xanoğlan İsmayılov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 matçlıq cəzalanıb.

 

Oxşar xəbərlər

"Xəzər Lənkəran"ın bütün borclarını bağlandı - AÇIQLAMA
"Xan Lənkəran" "Xəzər Lənkəran" adı ilə davam edəcək
"Xəzər Lənkəran"ın məşqçisinə 20 oyunluq cəza
Mübariz Mənsimov: "Xəzər Lənkəran" hər zaman yaşayacaq"
"Turan"ın futbolçusu aqressiv davrandı, 3 oyunluq cəzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər