Tofiq Mikayılov:"Mənim adım Böyükağa müəllimin siyahısında yox idi"
Onun karyerasında o qədər enişli-çıxışlı xətlər, təlatümlü günlər olub ki, hardan başlayacağımızı belə müəyyən edə bilmirdik. Hazırda “Marafon” futzal klubunun şərəfini qoruyan və 21 yaşında, karyerasının ən ümidli dönəmində ağır avtomobil qəzasına düşən Tofiq Mikayılov həmin vaxtları böyük təəssüf hissi keçirərək xatırlayır: “Həyatımın ən çətin dövrünü məhz onda yaşadım. Mənim “Tofaş”ım vardı. Yaşadığım Sumqayıt şəhərində ağır yol qəzasına düşdüm, maşınım ağaca çırpıldı. Sağ qaldığıma şükür edirdim. Uzun müddət futbolsuz qaldım”.
- Qəzaya düşən zaman hansı klubda çıxış edirdin?
- Naxçıvan “Araz”ında oynayırdım. Beş ilə yaxın idi ki, o klubda idim. Ora “Asfarma”dan gəlmişdim. İlk klubum da elə “Asfarma” olub. Qəzaya düşəndən sonra 7-8 ay məşq edə bilmədim. Hətta müəlicəmi Türkiyədə davam etdirməli oldum. O zaman Futzal Federasiyasının prezidenti Zaur Axundov mənə çox köməklik etdi. Ayağa qalxmağım üçün əlindən gələn yardımı göstərdi.
- Tofiq, çox maraqlıdır ki, qəzadan sonra sən “Araz”ı tərk etdin. Halbuki özün də deyirsən ki, həmin ərəfədə klub prezidenti olan Axundov sənə böyük dəstək verib.
- Onda klubdan getməyimə səbəb olan əsas amil baş məşqçi ilə bağlı idi. Rəhmətlik Böyükağa Hacıyev bu posta təyin olunandan sonra mənim klubdan getmək məsələm sürətləndi.
- Buna səbəb nə idi?
- Vallah, adi futbolətrafı məqamlar. Bilirsiniz ki, hər bir mütəxəssisin çalışmaq istədiyi konkret futbolçular var. Belə görünür ki, mənim adım Böyükağa müəllimin siyahısında yox idi.
- Sən böyük futbolda yetərincə uğurlu çıxışınla yadda qaldın, amma gözlənilmədən parket üzərinə qayıtdın.
- Mən ilk addımlarımı futzalda atmışam, bu idman növü mənə daha doğmadı. Üstəlik, “İnter”də Kaxaber Tsxadadzenin rəhbərliyi altında çıxışımdan sonra digər kluba keçməli oldum. Legionerlərin bolluğunda sonda Birinci Divizionda oynamalı oldum. Gördüm mənlik deyil. Özünüz bilirsiz niyə elə dediyimi. Düzdür, məndə böyük futbolu oynamaq pis alınmadı, sadəcə bəzi məqamlarda bəxt məndən üz döndərdi. Böyük futbolda elə şeylər baş verir ki, adam oynamağına peşman olur. Bir müddət sonra fikirləşdim ki, ən yaxşısı futzala geri qayıtmaqdır. Mənim üçün futzal çox doğmadı.
- “Marafon”a gəlişin necə alındı?
- Komandanın baş məşqçisi Elşad Quliyevi “Gömrükçü”dən tanıyıram. Öz üzərində çox çalışan insandır. Mövsümün əvvəlində dəvət etdi, məndə futzala qayıtmaq istəyirdim. Hər şey üst-üstə düşdü. Sağ olsun, “Marafon” rəhbərliyi, Elşad müəllim, mənə bu şansı verdilər. Mənə olan etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. İnanıram ki, bu il gözəl çıxışımızla yanaşı, mükafat da qazanacağıq. Bizim əla kollektivimiz və yaxşı heyətimiz var.
Qeyd edək ki, 33 Tofiq Mikayılov "İnter"lə yanaşı, "Simurq", "Rəvan" və "Sumqayıt" klublarının şərəfini qoruyub.
Söhbətləşdi: Araz Əhmədov

Oxşar xəbərlər
“Marafon” futzal elitasına qayıdır – Hədəf çempionluq olacaq
"Neftçi"nin futbolçusu: Uzun müddət idi milliyə çağırılmırdım...
"Görüşlər zamanı qardaşımın ayağına top qarışıq müdaxilə etmişəm" (LAYİHƏ)
Futzalla maraqlanmayan gənc necə yığmamızın üzvünə çevrildi? (LAYİHƏ)
Palçıq ucbatından futzalı seçən "Bakılı Maradona" (LAYİHƏ)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" 9-1 "Şəmkir" - VİDEO
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası