reklam
Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Sportfm.az xəbər saytı

Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyinə yekun vuruldu


Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, eləcə də 6-cı Bölgələrarası Kubok başa çatıb.

Sportfm.az xəbər verir ki, aerobika üzrə 5-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub. Dörd günlük yarışlarda bədii gimnastika təmsilçiləri 4 yaş qrupunda fərdi və qrup hərəkətləri proqramında, aerobika gimnastları isə 4 yaş kateqoriyası üzrə fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında çıxış ediblər.

Bədii gimnastika yarışlarında Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə International” klubları, və Respublika Kompleks İdman Məktəbinin, bölgələr arasında Xırdalan, Sumqayıt, Mingəçevir, Şirvan, Zaqatala, Qusar və Naxçıvanın, aerobika gimnastikası üzrə yarışlarda isə “Ocaq Sport” klubunun yetirmələri fərqləniblər.

Qeyd edək ki, gimnastika növləri üzrə növbəti yerli yarışlar noyabr ayında baş tutacaq. Noyabr 8-i tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi, 9-u isə batut gimnastikası üzrə 5-ci Azərbaycan çempionatı və birinciliyi təşkil ediləcək.

Oxşar xəbərlər

Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi start götürdü
Aerobika üzrə paytaxt çempionatı keçiriləcək
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək
Bolqarıstanlı Kostova Azərbaycan çempionatının qalibi oldu
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər