reklam
Bolqarıstanlı Kostova Azərbaycan çempionatının qalibi oldu
Sportfm.az xəbər saytı

Bolqarıstanlı Kostova Azərbaycan çempionatının qalibi oldu


Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı, batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi üçüncü gününə yekun vurulub.

Sportfm.az xəbər verir ki, yarışların 3-cü günündə yarışlara yenidən aerobika təmsilçiləri və bədii gimnastlar çıxıblar.

Bədii gimnastika üzrə çoxnövçülükdə uşaqlar arasında çempionatın və Bakı birinciliyinin qalibi Nərmin Bayramova olub. Fidan Yusifzadə "gümüş", Alina Gözəlova isə bürünc mükafatın sahibi olublar.

Qadınlar arasında aerobika üzrə yarışlarda ilk 2 yeri Azərbaycan gimnastları tutublar - Evelina Kovlovskaya qalib, Məryəm Topçubaşova isə gümüş medalın sahibi olublar. Üçüncü yeri Bolqarıstanlı Kristina Kostova tutub. Qadınlar arasında qrup yarışlarında Bolqarıstandan olan beşlik qalib gəlib. İkinci yeri "Ocaq 2" komandanın nümayəndələri, üçüncü yeri isə "Ocaq 1" komandası tutublar. Buna baxmayaraq, üçlüklərin yarışında məhz "Ocaq 1" gimnastları ən yaxşı nəticə göstəriblər, onların ardınca isə iki bolqar üçlüyü yerləşiblər.

Sabah sonuncu yarış günündə Azərbaycan çempionatı və Bakı birinciliyinin ən güclülərini müəyyənləşdirmək üçün körpücük üzərinə batutçular çıxacaq.

Oxşar xəbərlər

Azərbaycan çempionatlarının qalibləri müəyyənləşdi
Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi start götürdü
Aerobika üzrə paytaxt çempionatı keçiriləcək
Bakı çempionatında qaliblər müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər