Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elxan Abdullayev: "Peşəkar futbolçu özünü belə aparmamalıdır"
"Neftçi” Topaz Premyer Liqasında növbəti oyununu keçirib. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" IX turda "Qarabağ” klubu ilə qarşılaşıb. Görüş 0:2 hesablı məğlubiyyətlə nəticələnib. Oyundan sonra baş məşqçi Elxan Abdullayev fikirlərini bildirib: "Bu gün Azərbaycanın ən güclü komandası ilə qarşılaşdıq. "Qarabağ”la açıq futbol oynamaq hər komanda üçün çox təhlükəlidir. Bu taktika özünü doğrultdu, sadəcə, uzaq məsafədən bizə qol vura bildilər. Oyundan razı qaldım, çünki futbolçulardan istək və mübarizə tələb edirdim ki, onu da gördüm. Amma nəticədən razı qalmadım. Yeni ildə "Neftçi” tam başqa komanda olacaq. İnanıram ki, onda itirilən xalları artıqlaması ilə bərpa edəcəyik. Tiranın hərəkətinə gəlincə, peşəkar futbolçu özünü belə aparmamalıdır. Futbolçu özünü idmançı kimi aparmalıdır. Heç bir futbolçunun haqqı yoxdur ki, azarkeşə əl qaldırsın. "Neftçi” bu məsələni belə qoymayacaq. Tiranı klub tərəfindən böyük cəza gözləyir”.
Oxşar xəbərlər
"Neftçi"nin yeni transferindən məzəli açıqlama: Azərbaycanın ən böyük klubu..
Elxan Abdullayev: "Bilirdik ki, bizi çətin oyun gözləyir"
Elxan Abdullayev: "Bu haqda danışmaq istəmirəm"
Elxan Abdullayev: "Komanda yaxşı təsir bağışladı"
Elxan Abdullayev: “Bu komanda ilə nəsə etmək çox çətindi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası