Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan kubokunda 16-cı
AZAL Azərbaycan kubokunda iki yubiley qeyd edib. Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bunlar 1/8 finalın "Rəvan”la matçında rəsmiləşib. Paytaxt derbisində 4:0 hesablı qələbə qazanan "təyyarəçilər” öz meydanında 10-cu dəfə qalib gəlib. Bu, 21-ci matçda baş verib. Bunadək evdə 9 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə uduzan komanda "Rəvan”la görüşdə yubiley qolunu da vurub. 1/8 finaladək 26 qol vurub, 16-nı buraxan AZAL-ın bu matçda rəqib qapısından keçirdiyi son top 30-cu olub. Yubiley qoluna David Canelidze imza atıb.
AZAL ölkə kubokunda evdə 10 və daha çox qələbə qazanan 16-cı komanda olub.
Oxşar xəbərlər
AZAL-ın 50-ci ev məğlubiyyəti
Hüseynpur AZAL-ın tarixinə düşdü
"İnter"in 25-ci ev qələbəsi
40-cı duel
100-cü heç-heçə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası