reklam
Veteran futzalçı
Sportfm.az xəbər saytı

Veteran futzalçı "Araz"ın ağır məğlubiyyətlərini şərh etdi:"İrəlidə daha pis nəticələrlə üzləşəcəyik"


Futzal üzrə Azərbaycan Yüksək Liqasının son qalibi "Araz" Çempionlar Liqasında keçirdiyi ilk iki matçda məğlub olub. Belçika və Portuqaliya təmsilçiləri ilə oyunlarda qapısından 12 top buraxan Naxçıvan təmsilçisinin baş məşqçisi Joze Alesio verdiyi açıqlamalarda ağır məğlubiyyətlərin əsas səbəbi kimi heyətdə cəmi 6 futzalçının olmasını göstərib. 

Komandamızın yenilgiləri ilə bağlı Azərbaycan futzalının əfsanəsi Mahir Eyniyevin fikirlərini öyrəndik. Veteran oyunçu ağır məğlubiyyətləri belə şərh etdi:""Araz"ın oyunçuları yığmanın əsasını təşkil edir. Təəssüflər olsun ki, biz parket zallardan çəkildikdən sonra "Araz"da futzalçı yetişdirmək əvəzinə, xaricdən hazır oyunçu gətirməklə məşğuldurlar. Onlar da gəlib oynayır, sonra çıxıb gedir. Əziyyəti isə yerlilər çəkir. Belçikalılar heç peşəkar futzalçı yetişdirməyiblər. Bizim nəsil oynayanda onların millsi ilə güclü oyunlarımız olub. Onda heyətimizdə ancaq yerli uşaqlar idi. Belə davam etdikcə irəlidə daha pis nəticələrlə üzləşəcəyik. Uşaq futzalı deyə-deyə qalmışıq. Onu inkişaf etdirmək lazımdı. Baza, ehtiyat qüvvə, gənc nəsil olmalıdı. Bizdə isə bunların heç biri yoxdu"

Qeyd edək ki, Azərbaycan çempionunun 4 iranlı oyunçusuna viza verilmədiyi üçün onlar Belçikaya yollana bilməmişdi.

 

Oxşar xəbərlər

Alesio Da Silva fərqli "Araz Naxçıvan" görəcəyimizi vəd etdi
Azərbaycan futzalında daha bir ilk - FOTO
“Araz” legionerlərdən imtina etdi
Zaur Axundov oyunçuların maaşlarını ödəyə bilmir - ÖZƏL
Alesio Da Silva:"Onların yığmanın şərəfini qoruyacaqlarını indidən deyə bilmərəm" - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər