reklam
Qız futbolçunu təhqir edən azərbaycanlı məşqçi cəzalandı
Sportfm.az xəbər saytı

Qız futbolçunu təhqir edən azərbaycanlı məşqçi cəzalandı


AFFA İntizam Komitəsi aşağı yaşlı futbolçuların çıxış etdikləri liqalarda təhqiramiz ifadələr işlədən şəxslərin cəzalarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, U-14 liqasında Beyləqanın "Bahar Gİİ" və Ağcabədinin UGİM kollektivlərinin matçında müvafiq olaraq komandaların baş məşqçiləri Xudaverdi Tumasov və Namiq Quliyev bir-birilərini söyüb. Bu səbəbdən, hər iki mütəxəssisə 3 oyunluq cəza verilib.

U-13 liqasında "Keşlə"nin baş məşqçisi Xəyyam Bəkirov "Zirə" ilə görüşdə hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb. Eyni cəza U-15 liqasındakı "İsgəndər Cavadov BFA" komandasının baş məşqçisi Elşən Ələskərova da verilib. O, "Qarabağ"la dueldə hakimə qarşı nalayiq ifadələr işlədib.

U-13 qızlar liqasında "Fidan"ın baş məşqçisi Yavər Rəhimov "8 №-li RİOEUGİM" kollektivi ilə görüşdə rəqib komandanın futbolçusunu təhqir etdiyi üçün 3 matçlıq cəza ilə üzləşib. U-17 liqasında "İsgəndər Cavadov BFA"nın futbolçusu Əhməd İbadov hakimə qarşı təhqiredici ifadələrə görə 4 oyunluq cəza alıb. 

Oxşar xəbərlər

Hakimi təhqir edən futbolçuya ağır cəza - QƏRAR
Hkimləri təhqir edənlərin cəzaları açıqlandı - QƏRAR
İranlı məşqçi Bakıda azərbaycanlı hakimi döydü - CƏZA
AFFA Kərimovu cəzalandırdı - hakimləri təhqir etdiyi üçün
AFFA məşqçiyə birillik cəza verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər