AFFA məşqçiyə birillik cəza verdi
AFFA İntizam Komitəsi müxtəlif liqalarda baş vermiş zorakılıq halları ilə əlaqədar tədbirlər görüb.
Sportfm.az xəbər verir ki, U-13 Liqasında Sumqayıt “UGİM 1”i ilə oyun başa çatandan sonra “Laçın” (Pirəküşkül) komandasının məşqçisi Məhəbbət Rəhimov aqressiv davranışlara yol verərək, hakimə fiziki təzyiq göstərib. Nəticədə o, 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.
Bundan başqa, "Uğur" (Ucar) komandasının futbolçusu Musa Hacızadə "Sabirabad"la matçda öz komanda yoldaşını təhqir edib. Nəticədə meydandan kənarlaşdırılmış oyunçuya 2 matçlıq cəza tətbiq olunub.
Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasında keçirilmiş “Avanqart” – “Star Karqo” matçında da oxşar hal yaşanıb. Həmin qarşılaşmada isə “Star Karqo”nun futzalçısı Anar Məmmədov hakimi təhqir etdiyi üçün meydandan qovulub. Məmmədov bu hərəkətinə görə 4 oyunluq cəzalandırılıb.
İkinci Liqanın “Bibi-Heybət” – “Baku Fire-2” görüşünün hakimi də təhqirlə üzləşib. Federasiya “Baku Fire-2”nin oyunçusu Fikrət Zeynallıya 4 oyunluq cəza kəsib.
Oxşar xəbərlər
“Baku Fans” komandasının baş məşqçisi 5 oyunluq cəzalandırıldı
Baş məşqçi öz oyunçularını təhqir etdi, AFFA cəza verdi - Olay
AFFA hakimi təhqir edən oyunçunu 10 oyunluq cəzalandırdı
Futzalçı hakimi təhqir etdi, AFFA cəzalandırdı
AFFA Kərimovu cəzalandırdı - hakimləri təhqir etdiyi üçün
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası