reklam
Avropa çempionatında Azərbaycanı 11 idmançı təmsil edəcək
Sportfm.az xəbər saytı

Avropa çempionatında Azərbaycanı 11 idmançı təmsil edəcək


Oktyabrın 11-də Hollandiyanın Haaqa şəhərində start götürəcək pencak-silat döyüş növü üzrə açıq Avropa çempionatında Azərbaycanı 11 idmançı təmsil edəcək.

Sportfm.az xəbər verir ki, böyüklərin mübarizəsində Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova qüvvəsini sınayacaq.

Gənclərin yarışında isə Xalid Əfəndiyev, Rəvan Abdullazadə, Cavidan Abdullazadə və üçqat Azərbaycan çempionu Fidan Əlizadə birincilik uğrunda mübarizə aparacaqlar.

Milli komanda Avropa çempionatında baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında çıxış edəcək. Yarışa oktybarın 15-də yekun vurulacaq.

Oxşar xəbərlər

İdmançımız Avropa çempionatında çıxış edəcək
Açıq Avropa turnirində Azərbaycanı qadınlar təmsil edəcək - SİYAHI
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazandı - FOTO
Dünya çempionatında Azərbaycanı üç idmançı təmsil edəcək
Avropa Oyunlarında Azərbaycanı 7 samboçu təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər