reklam
Super Liqanın lideri uduzdu
Sportfm.az xəbər saytı

Super Liqanın lideri uduzdu


Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

Sportfm.az   xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. “Fənərbaxça” doğma azarkeşləri qarşısında “Antalyaspor”u qəbul edib və minimal hesabla uduzub. Günün digər oyununda isə “Dənizlispor” “Yeni Malatyaspor”la üz-üzə gəlib. Altı qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Şənbə günü daha üç görüş baş tutub. “Konyaspor” səfərdə “Kasımpaşa”nı, “Göztəpə” isə doğma meydanda “Kayserispor”u 4 qolla məğlub edib. “Gənclərbirliyi”nin qonağı olan “Qalatasaray” turu xal itkisi ilə başa vurub.

Mövsümə uğursuz start verən “Beşiktaş” bu turda lider “Alanyaspor”u qəbul edib. İstanbul təmsilçisi bu oyunda qonaqlara cari mövsümün ilk məğlubiyyətini yaşadıb.

Günün digər oyunlarına gəlincə, “Sivasspor” “Ankaragücü”nü məğlub yola salıb. “Başakşəhər” səfərdə “Qaziantep”i, “Trabzonspor” isə “Rizəspor”u məğlub edib.

Türkiyə Super Liqası, 7-ci tur

4 oktyabr

Fənərbaxça – Antalyaspor 0:1
Qol
: U.Akyol, 6.

Yeni Malatyaspor – Dənizlispor 5:1
Qol
: Yahoviç, 28-pen; 61-pen; 69; 90+2. Donald, 34 – Rodalleqa, 65.

5 oktyabr

Kasımpaşa – Konyaspor 1:4
Qol
: V.Sarı, 45 – Ö.A.Şahiner, 21. Yevtoviç, 45-pen. Miya, 45; 63.

Göztəpə – Kayserispor 4:0
Qol
: A.Öztürk, 7. S.Aydoğdu, 42. Napoleoni, 45; 50.

Gənclərbirliyi – Qalatasaray 0:0

6 oktyabr

Sivasspor – Ankaragücü 3:1
Qol
: M.Yandaş, 26; 48. Yatabare, 90+1 – Orgill, 15.

Beşiktaş – Alanyaspor 2:0
Qol
: B.Yılmaz, 52-pen. Diabi, 69.

Qaziantep – Başakşəhər 1:2
Qol
: Tvumasi, 24 – Krivelli, 13; 71.

Rizəspor – Trabzonspor 1:2
Qol
: Melnyak, 23 – Sorlot, 73. Nvakaeme, 90.

 

Oxşar xəbərlər

"Qalatasaray" yenə xal itkisi ilə üzləşdi - Super Liqa
"Beşiktaş" səfərdə coşdu
"Fənərbaxça" Konyada məğlub oldu - VİDEO
Super Liqada liderlər qalib gəldi
Super Liqada ev sahiblərinin günü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər