reklam
Sportfm.az xəbər saytı

"Fənərbaxça" Konyada məğlub oldu -VİDEO


Türkiyə Super Liqasında 26-cı tura start verilib.

Sportfm.az xəbər verir ki, turun bütün qarşılaşmaları koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

26-cı turun ilk oyun günündə iki qarşılaşma keçirilib. Autsayderlər qrupunda yer alan “Ankaragücü” “Rizəspor”u, “Kasımpaşa” isə “Göztəpə”ni qəbul edib. Hər iki oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Şənbə günü üç qarşılaşma baş tutub. “Dənizlispor” “Gənclərbirliyi”ni, “Alanyaspor” isə “Qaziantep”i minimal hesabla məğlub yola salıb. Səfərdə “Konyaspor”la qarşılaşan “Fənərbaxça” da turu minimal hesabla məğlub başa vurub.

Lider “Trabzonspor” bu turda doğma meydanda “Başakşəhər”lə qarşılaşacaq.

Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. “Qalatasaray” “Beşiktaş”ı sınağa çəkəcək.

Türkiyə Super Liqası, 26-cı tur

13 mart

Kasımpaşa – Göztəpə 2:0
Qol
: Koita, 2; 90+2.

Ankaragücü – Rizəspor 2:1
Qol
: B.Albayrak, 17-öz qapısına. Q.Rodriqes, 22 – Qarmaş, 45+1.

14 mart

Dənizlispor – Gənclərbirliyi 1:0
Qol
: Rodalleqa, 54.

Alanyaspor – Qaziantep 1:0
Qol
: Koker, 42.

Konyaspor – Fənərbaxça 1:0
Qol
: Bayiç, 41.

15 mart

14:30 Kayserispor – Yeni Malatyaspor
17:00 Trabzonspor – Başakşəhər
20:00 Qalatasaray – Beşiktaş

16 mart

21:00 Antalyaspor – Sivasspor

Oxşar xəbərlər

"Fənərbaxça" məğlubiyyətdən yaxa qurtardı
"Beşiktaş" səfərdə coşdu
Super Liqada liderlər qalib gəldi
Super Liqada ev sahiblərinin günü
Super Liqanın lideri uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər