Super Liqada liderlər qalib gəldi
Türkiyə Super Liqasında 24-cü tura start verilib.
Sportfm.az xəbər verir ki, turun açılış matçında “Beşiktaş” səfərdə “Alanyaspor”la qarşılaşıb. İstanbul klubu səfərdə əzmkar qələbəyə sevinib.
Son turda doğma azarkeşləri qarşısında “Qalatasaray”a məğlub olan “Fənərbaxça” bu dəfə çətin “Antalyaspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda da xal itirib. “Konyaspor” – “Kasımpaşa” matçlarında qapılara qol vurulmayıb. “Trabzonspor” isə “Rizəspor”la qarşılaşmada darmadağına imza atıb.
“Qalatasaray” “Gənclərbirliyi”ni qəbul edib və darmadağınla qalib gəlib. Lider “Başakşəhər” isə “Qaziantep”i sınağa çəkəcək.
Türkiyə Super Liqası, 24-cü tur
28 fevral
Alanyaspor – Beşiktaş 1:2
Qol: J.Fernandes, 37 – B.Yılmaz, 70; 86-pen.
29 fevral
Konyaspor – Kasımpaşa 0:0
Trabzonspor – Rizəspor 5:2
Qol: Da Kosta, 65. Ekuban, 71. Sosa, 77-pen. Nvakaeme, 86. Ndiaye, 90+7 – Melnyak, 36. Şkoda, 90+5-pen.
Antalyaspor – Fənərbaxça 2:2
Qol: Amilton, 52. H.Özmert, 57 – Muriqi, 35. Zayç, 90+7.
1 mart
Dənizlispor – Yeni Malatyaspor 2:0
Qol: M.Yumlu, 34. Barrou, 75.
Ankaragücü – Sivasspor 0:3
Qol: H.Arslan, 69. M.Yandaş, 74. Yatabare, 90+1.
Qalatasaray – Gənclərbirliyi 3:0
Qol: Donk, 3. Falkao, 33; 69.
2 mart
21:00 Başakşəhər – Qaziantep
21:00 Kayserispor – Göztəpə
Oxşar xəbərlər
"Fənərbaxça" məğlubiyyətdən yaxa qurtardı
"Trabzonspor"a çempionluq yolunda növbəti zərbə - Super Liqa
"Beşiktaş" səfərdə coşdu
Super Liqada ev sahiblərinin günü
"Sivaspor" 5 qol buraxdı, "Qalatasaray" 4 qol vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası