“El Pais”: Nəhəng Rəcəbovun böyük zəfəri
İspaniyada çıxan "El Pais" qəzetində azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku yarışlarında parlaq qələbəsi haqda "Nəhəng Rəcəbovun böyük zəfəri" sərlövhəli məqalə dərc edilib.
Sportfm.az xəbər verir ki, məqalədə 32 yaşlı Azərbaycan şahmatçısının bir neçə il davam etmiş "sükut"dan sonra öz böyük istedadını dünyaya xatırlatmasından bəhs edilir. Rəcəbov şahmat taxtası arxasında çinli rəqibi Dinq Liren ilə "savaş"da yüksək hazırlıq, iradə və dözüm nümayiş etdirib.
Qəzet yazır ki, dünya kubokunda qalib gəlmək üçün əla idman formasında, dəqiq və güclü oyunçu olmaq lazımdır. Düzdür, çinli şahmatçı da bu keyfiyyətlərə malik idi, lakin azərbaycanlı qrossmeyster Teymur Rəcəbov daha böyük əzmkarlıq nümayiş etdirərək qalib gəlib. (azertag.az)
Oxşar xəbərlər
Teymur Rəcəbov "iddiaçı" olmayacaq
Almaniya qəzeti qrossmeysterimizin uğurundan yazdı
Teymur Rəcəbov Dünya Kubokunu uddu - 110 min dollar qazandı
Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazandı
Teymur Rəcəbov dünya kubokunun finalında mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası