Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Teymur Rəcəbov dünya kubokunun finalında mübarizə aparacaq
Sentyabrın 30-da Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin final mərhələsi start götürəcək.
Sportfm.az xəbər verir ki, dünya kubokunun həlledici mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov çinli Liren Dinq ilə qarşılaşacaq. Mükafat fondu 1,6 milyon dollar olan turnirin finalçıları oktyabrın 3-dək dörd oyun keçirəcəklər. Həmin görüşlərin nəticəsində qalib müəyyənləşməsə oktyabrın 4-də tay-brek oynanılacaq.
Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.
Oxşar xəbərlər
Teymur Rəcəbov Dünya Kubokunu uddu - 110 min dollar qazandı
Dünya kubokunun finalında tay-breyk partiyaları oynanılacaq
Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə etdi
Dünya kubokunun finalında dördüncü partiya oynanılacaq
Teymur Rəcəbovun rəqibi müəyyənləşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası