reklam
Dünya çempionatında kövrək dolu dəhşətli anlar -
Sportfm.az xəbər saytı

Dünya çempionatında kövrək dolu dəhşətli anlar -VİDEO


Qvineya-Bisau atleti Braima Sunkar Dabo Arubadan olan digər atlet Conatan Basbiyə yarışı yekunlaşdırmağa kömək edib.

Sportfm.az xəbər verir ki, yarış Dohada keçirilir.

Belə ki, kişilər arasında Dünya Çempionatının 5000 metr məsafəyə kvalifikasiya qaçış yarışında Arubadan olan idmançı özünü pis hiss edib və məsafəni qət etməkdə çətinlik çəkib. Bu zaman Qvineya-Bisau təmsilçisi sonuncu dövrənin əvvəlində onu qolundan tutaraq yarışı yekunlaşdırmağa yardım edib.

Hər iki idmançı azarkeşlərin ayaq üstə alqışları ilə birlikdə yarışa yekun vurublar. Buna baxmayaraq Basbinin qaçış zamanı göstərdiyi vaxt hesaba alınmayıb.

Qeyd edək ki, hər iki idmançı turnirdə ölkələrinin yeganə nümayəndələridir. 

Oxşar xəbərlər

Şəkidəki yarışı Gəncə atleti qazandı
David Qomis “Səbail”də - FOTO
Salah Misirə qələbə qazandırdı - Afrika Millətlər Kuboku
"Neftçi"nin futbolçusu milliyə dəvət aldı - DÇ-2022
Uqandalı atletdən yeni dünya rekordu - 5000 metr məsafə qət etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər