reklam
Şəkidəki yarışı Gəncə atleti qazandı
Sportfm.az xəbər saytı

Şəkidəki yarışı Gəncə atleti qazandı


Bu gün Şəkidə kros qaçışı üzrə ölkə payız çempionatı keçirilib.
Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən atletlər mübarizə aparıb. Ölkə çempionatında paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Şəki, Bərdə, İsmayıllı, Xızı, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz və Naftalandan 200-ə yaxın atlet iştirak edib. Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Ələsgərli ölkə çemponu olub. 6 km məsafədə Bakı idmançısı Nihat Cabbarlı, 3 və 2 km-də isə müvafiq olaraq Gəncə atletləri Ümid İbrahimov və İsgəndər Əsgərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub. 4 km-də Naxçıvan idmançısı Aysu Abbasova, 2 və 1 km məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi adını qazanıb.

Oxşar xəbərlər

Atletlərimiz Türkiyədə medal qazandılar
Atletimiz Veteranların Avropa Oyunlarında iki medal qazandı
Atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
Bədii gimnastika üzrə Gəncə açıq birinciliyi başa çatdı - FOTO
Kross qaçışı üzrə Azərbaycan çempionatı keşirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər