"Zirə"nin "Keşlə" ilə 17 dueli
“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, “Qartallar” VI turun matçında “Keşlə” ilə üz-üzə gələcək. Bu, iki komanda arasında 17-ci matç olacaq.
İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər son dörd çempionatın hərəsində 4 dəfə qarşılaşıblar. Bu görüşlərdə komandalar hərəyə 4 dəfə qalib gəliblər. 8 matç isə heç-heçə başa çatıb. “Keşlə” “Zirə”nin ən çox sülhlə ayrıldığı klubdur.
Qarşılaşmaların yarısı heç-heçə bitsə də, son üç oyunda tərəflərdən biri üç xal əldə edib. 2019-cu ilə təsadüf edən hər iki matçda “Zirə” qələbə qazanıb. Qəsəbə klubu bu görüşlərdə iki top fərqilə qalib gəlib. “Qartallar”ın bombardiri Xulio Sezar Rodriges bu rəqiblər oyunları qolsuz tərk etməyib.
Paraqvaylı “Keşlə” ilə qarşılaşmalarda ən çox qol vuran oyunçudur. O, üç dəfə fərqlənib. Yovan Krneta və Milan Duriç iki dəfə rəqib qapısına yol tapıb. “Zirə” arxada qalan 16 matçın top fərqində üstünlüyə malikdir – 17:15.
“Keşlə”nin meydanında 9-cu dəfə qonaq olacaq “Qartallar” səfərdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib meydanında 7 top vuran "Zirə" eyni sayda qol buraxıb
Oxşar xəbərlər
"Zirə"nin "Sumqayıt"la 21-ci oyunu - Premyer Liqa
"Zirə"nin “Sumqayıt”a qarşı 20-ci oyunu
“Səbail”lə “Zirə”nin 11-ci dueli
"Zirə"nin "Səbail"lə 10-cu dueli
"Zirə"nin "Keşlə" ilə 18-ci dueli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi














Misli Premyer Liqası