reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin "Sumqayıt"la 21-ci oyunu -Premyer Liqa


Bu həftə Azərbaycan Premyer Liqasında XII turun matçları keçiriləcək. “Zirə” öz meydanında “Sumqayıt”la görüşəcək.

Sportfm.az xəbər verir ki, dekabrın 20-də olacaq qarşılaşma iki rəqib arasında Premyer Liqada keçirilən 21-ci matç olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandalar indiyədək 20 dəfə qarşılaşıb. Bu oyunların yarısında – 10 dəfə qalib gələn “Zirə” 4 heç-heçə edib və 6 dəfə uduzub. Rəqib qapısına 27 qol vuran komanda 19 top buraxıb. “Qartallar” Sumqayıt”ın eyniadlı təmsilçisi ilə son 7 oyunda meydanı qolsuz tərk etməyib.

Komandalar 9-cu dəfə “qartallar”ın meydanında üz-üzə gələcək. Evdə 6 qələbəsi olan komanda 2 heç-heçə edib və 1 dəfə məğlub olub. Son 6 qarşılaşmada qol vuran və xal qazanan “Zirə” top fərqində də öndədir – 16:8.

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək “Zirə” - “Sumqayıt” matçı Zirə İdman Kompleksinin stadionunda oynanılacaq.

Oxşar xəbərlər

"Zirə"nin “Sumqayıt”a qarşı 20-ci oyunu
“Səbail”lə “Zirə”nin 11-ci dueli
"Zirə"nin "Sumqayıt"la 19-cu dueli
"Zirə"nin "Keşlə" ilə 17 dueli
"Zirə"nin "Neftçi" ilə 17-ci dueli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər