Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rəcəbov yarımfinala yüksəldi
Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin görüşləri keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ABŞ təmsilçisi Ceffri Syunla yenidən qarşılaşıb. Rəcəbov rəqibinə 1:0 qalib gəlib. İlk görüş heç-heçə başa çatdığından şahmatçımız yarımfinala yüksəlib.
Rəcəbov yarımfinalda Maksim Vaşye-Laqrav (Fransa) - Levon Aronyan (Ermənistan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə yekunlaşıb və qalib sabah "tay-breyk"də müəyyənləşəcək.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.
Turnir oktyabrın 4-də başa çatacaq.
Oxşar xəbərlər
Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazandı
Teymur Rəcəbov finalda
Rəcəbovun Dünya Kubokunun yarımfinalında rəqibi bəlli oldu
Məmmədyarovla Rəcəbov görüşündə növbəti heç-heçə
Məmmədyarovla Rəcəbov finalda qarşılaşacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası