reklam
Karateçilərimiz Macarıstandan 8 medalla döndü
Sportfm.az xəbər saytı

Karateçilərimiz Macarıstandan 8 medalla döndü


Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandasının üzvləri Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirində 3 qızıl və 5 bürünc medal qazandılar.

Sportfm.az xəbər verir ki, baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi komandanın üzvlərindən 16-17 yaşlı gənclərdə Hüseyn Məmmədli (61 kq), Ayla Rzazadə (-59 kq), həmçinin 21 yaşadək gənclər arasında Murad Hacızadə (+84 kq) qızıl medal qazanıblar.

Böyüklər arasında da özünü sınayan M.Hacızadədən (+84 kq) başqa 16-18 yaşlı gənclərdən Sultan Hüseynov (-55 kq), Tale Yaqubov (-68 kq), 21 yaşadək gənclərdən isə Hümmət Baxşəliyev (-67 kq) və Fidan Teymurova (-50 kq) bürünc mükafata sahib olublar.

Ənənəvi “Budapeşt Open” turnirinə 36 ölkədən 1875 karateçi qatılıb. Macarıstandakı yarış və sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində daha bir beynəlxalq turnir, oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıyır.

Oxşar xəbərlər

Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
Azərbaycan millisinin iki üzvü beynəlxalq turnirdə mükafat qazandı - FOTO
Beynəlxalq turnirdə mükafat əldə etdilər - FOTO
Karateçilərimiz İtaliyadan "əli dolu" qayıdır
Karateçilər beynəlxalq turnirdə 13 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər