“Qarabağ” “Neftçi” fanatları üçün biletin qiymətini açıqladı
"Qarabağ" klubu bu həftənin bazar günü "Neftçi"yə qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının 4-cü turuna biletin qiymətini müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, klubun direktoru Əmrah Çelikel Qol.az saytına açıqlamasında əvvəlcə "Neftçi" ilə oyunun biletlərinin 51 manat olacağı ilə bağlı son günlər mətbuatda yayılan xəbərlərə münasibət bildirilib. O, bununla bağlı məlumatların həqiqətə uyğun olmadığını söyləyib: "Bizim bilet söhbəti, azarkeşlərin stadiona gəlişinin qarşısını almaqla gündəmə gəlmək fikrimiz yoxdur. Hamı bilir ki, futbol azarkeşlər üçün oynanılır. Stadiona nə qədər çox azarkeş gəlsə, Azərbaycan futbolu üçün o qədər yaxşı olar".
Klub rəsmisi əvvəlki Premyer Liqanın digər matçlarında olduğu kimi, "Neftçi" ilə görüşdə də biletin qiymətinin 1 manat olacağını söyləyib.
Xatırladaq ki, ötən mövsümün son turunda "Neftçi" "Qarabağ"la "Bakcell Arena"dakı oyun üçün bilet matç günü gözlənilmədən 50 manata qaldırmışdı.
Əlavə edək ki, Premyer Liqanın 4-cü turunun "Qarabağ" - "Neftçi" görüşü sentyabrın 15-i, saat 20.30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Oxşar xəbərlər
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
Biletin qiymətləri açıqlandı - "Qarabağ" - "Aşdod"
"Neftçi" - "Qarabağ" oyununda 50 manatlıq bilet: kim qazandı?
"Yoxlamaq istəyirlər ki, görək, 50 manata bilet alınır, yoxsa yox" - Ramin Musayev
"Qarabağ"ın oyunu azarkeşlər üçün ödənişli olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası