reklam
Boksçumuz dünya çempionatına qələbə ilə başladı
Sportfm.az xəbər saytı

Boksçumuz dünya çempionatına qələbə ilə başladı


Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Mundialda debüt edən Amin Kuşkov mübarizəyə 1/32 final mərhələsindən başlayıb. O, türkmənistanlı Nursahat Pazziyevlə qarşılaşıb. Döyüş Kuşkovun 4:1 (30:26, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti mərhələdə ilk qarşılaşmadan azad olan rusiyalı Qleb Bakşi ilə döyüşəcək. Görüş sentyabrın 14-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisinin üzvlərindən sentyabrın 10-da rinqə çıxan olmayacaq. Yarışın üçüncü günündə isə Tayfur Əliyev (57 kq) Tyaqo Punyo (İsveçrə) ilə qüvvəsini sınayacaq.

Oxşar xəbərlər

Daha iki boksçumuz 1/8 finala çıxdı
Boksçumuz dünya çempionatında məğlub oldu
Boksçularımız dünya çempionatında tam heyətlə çıxış edəcəklər
Boksçumuz Avropa çempionatında mərhələ adladı
Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər